“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olundu

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olundu
26 dekabr 2017
# 12:47

Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” işıq üzü görüb.

Mərkəzdən Kulis.aza verilən xəbərə görə, Sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə tərtib edilib.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün əsas fərqli cəhətləri – yazılışı əvvəlki orfoqrafiya lüğətlərində iki, bəzən üç variantda yer almış söz və terminlərin, eləcə də qüsurlu sözlərin vahid düzgün yazılış qaydası ilə verilməsi, işləkliyini itirmiş, lakin sahələr üzrə əhəmiyyətini saxlamış qədim sözlərin, oxşarköklü sözlərin yenidən işləklik qazanması, düzgün anlanması və tətbiqi məqsədi ilə izahlarla verilməsi, həmçinin əvvəlki orfoqrafiya lüğətlərində yer almamış mindən çox saf Azərbaycan sözlərini, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış xeyli sayda terminləri özündə cəmləməsidir.

Kitabın tərtibçisi Mərkəzin direktoru Afaq Məsud, redaktoru AMEA-nın həqiqi üzvü Nizami Cəfərovdur.

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər