Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib

Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
19 sentyabr 2019
# 10:49

Hazırda Türkiyədə yaşayan tanınmış Azərbaycan şairi Məmməd İsmayılın Rumıniyadan Nobel mükafatına təqdim olunması barədə xəbər yayılıb.

Kulis.az məsələni dəqiqləşdirmək üçün şairin özü ilə əlaqə saxlayıb. M.İsmayılın açıqlamasında söhbətin keçən ildən getdiyi məlum olub:

“2017-ci ilin payızında Rumınyanın Graiova şəhərində yerləşən Mihai Emunecu Beynəlxalq Ədəbiyyat akademiyası 2018-ci il üçün Ədəbiyyat üzrə Nobel mükafatına məni təqdim etmişdi. Bu hadisəni o zaman ictimailəşdirmək doğru olmazdı. Nobel komitəsi özü namizədləri elan etmədən mətbuata xəbər vermək olmaz. Sonralar Nobel komitəsində problemlər yaşandığından 2018-ci il üçün mükafat verilmədi. Tərslikdən 2018-ci ilin sonlarında məni mükafata təqdim edəcək akademiyada da bəzi problemlər yaşandı və 2019-cu il üçün Nobel komitəsinə təqdimat gecikdi. Vəziyyət belədir, gələcəkdə nə olacaq, onu gələcək göstərəcək”.

Daha sonra M.İsmayıl əlavə edib:

“Təqdimat çox əsaslandırılmış yazılmışdı və üç Nobel mükafatçısı da başqaları ilə birlikdə imza atmışdı. Şanssızlıq kəçən il mükafatın, ümumiyyətlə, verilməməsi oldu. Mən demirəm, mükafat mütləq mənə veriləcəkdi, amma ən azından namizədlərin adları dünya mətbuatında yer alacaqdı. Artıq buna qismət deyək”.

# 5467 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər