Belarusda Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib

Belarusda Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib
8 iyul 2019
# 12:44

Belarusun Qrodno vilayətinin Poreçye istirahət mərkəzində Azərbaycan yazıçısı Kamran Nəzirlinin yaradıcılıq gecəsi keçirilib.

Belarus Respublikası İnformasiya Nazirliyinin və Belarus Yazıçılar Birliyinin təşkil etdiyi tədbirdə Kamran Nəzirli böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamından, qüdrətli söz ustasının ümumbəşər mədəniyyətinə bəxş etdiyi zəngin mədəni-mənəvi dəyərlərdən, mütəfəkkir şairin dərin poetik fikirlərindən söhbət açıb.

Sonra “Nəsimi 650” adlı təqdimat edilib, habelə “Nəsimi” bədii filmindən fraqmentlər göstərilib.

Rusiya, Ukrayna, Litva, Polşa, Latviya, İsrail, Almaniya və digər ölkələrin nümayəndələri, habelə Belarusun bir qrup yazıçı və şairləri qarşısında çıxış edən Azərbaycan yazıçısı Belarus-Azərbaycan ədəbi əlaqələrindən danışıb. Həmçinin rus və ingilis dillərində çıxan “Когда чайки вьют гнезда və “The Happy Birds”, habelə şair Sona Vəliyevanın tərcüməsində nəşr olunmuş “The Smell Of Snow” kitablarını oxuculara təqdim edib.

Tədbirdə çıxış edən Belarus Yazıçılar Birliyinin Qrodno vilayəti üzrə sədri, tanınmış şair Lyudmila Kebiç, belaruslu yazıçı və şairlərdən Bronislav Yermaşkeviç, Nikolay İvanovski, Lyudmila Şevçenko, Anatoliy Afanasyeviç və Dmitriy Padionçik Belarusun alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü ərəfəsinə təsadüf edən maraqlı ədəbi görüşdən və azərbaycanlı həmkarları Kamran Nəzirlinin yaradıcılığı ilə yaxından tanış olduqlarından məmnun qaldıqlarını bildiriblər. Qeyd olunub ki, belə görüşlər iki xalqın dostluq və qardaşlığının təzahürüdür.

Sonda Azərbaycan yazıçısı öz kitablarını oxuculara hədiyyə edib. /azertag.az/

# 4568 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər