Şok iddia: “Quran” peyğəmbərin rəsmini qadağan etmir”

Şok iddia: “Quran” peyğəmbərin rəsmini qadağan etmir”
21 yanvar 2015
# 15:44

Kristina Qruber Miçiqan Universitetinin Sənət Tarixi fakültəsində İslam incəsənətindən dərs deyir. Quranda rəsm çəkməyin qadağan edilmədiyinə dair məqaləsi bu yaxınlarda “Newsweek” jurnalında dərc olunub. Türkiyənin “Hurriyət” qəzeti Kristina Qruberdən mövzu ilə bağlı müsahibə alıb.

Kulis.az həmin müsahibəni təqdim edir.

- Məhəmməd Peyğəmbərin rəsminin çəkilməsi İslamda qadağandırmı?

- Xeyr, belə bir qadağa yoxdur. Fiqh elmində də Məhəmməd peyğəmbərin rəsmlərinin qadağan edildiyinə dair fətva yoxdur. Belə görünür ki, bu qadağa sonradan meydana çıxıb, yazılı qaydalara deyil, hansısa mülahizələrə əsaslanır.

- Quran qadağan etmirsə, bugünkü şərhlərin, yaxud yanlış bilginin qaynağı nədir?

- İslam sivilizasiyaları ənənəvi olaraq insanı ictimai yerlərdə çəkməkdən uzaq durublar. Heç bir məsciddə Məhəmməd peyğəmbərin surəti yoxdur. Amma bir qadağa olduğuna dair qəti fikir, nisbətən müasir dövrə, Ərəb yarımadasında vəhhabiliyin yüksəldiyi XIX əsrin əvvəllərinə gedib çıxır. Vəhhabilər Məkkə və Mədinəni ələ keçirəndə Məhəmməd peyğəmbərlə, ilk müsəlmanlarla bağlı türbə və məzarları məhv etdilər, müqəddəs əmanətlərdən xilas olmağa çalışdılar. Bu abidələr peyğəmbərin izlərini və ona aid əşyaları qorumaq istəyən Osmanlı tərəfindən xilas edildi. Buna görə də bunlardan bəziləri indi Topqapı Sarayındadır.

- Bu dağıdıcılıq işləri bir dönəmlə bağlıdır?

- Xeyr. Yaxın tarixdə vəhhabilər Məkkədəki tarixi yerləri məhv ediblər, yol boyunca yox edilən başqa yerlər də olub. Vəhhabi hüquqşünasları peyğəmbərə aid mirasın yox edilməsini ona şirk qoşulmasının və sitayiş edilməsinin qarşısını alan əmrlə açıqladılar. İndi Səudiyyə Ərəbistanında Məhəmməd peyğəmbərin məzarından çıxarılmasını və bilinməyən bir yerdə dəfn edilməsini də düşünürlər. Beləcə hacıların ona sitayiş etməsini əngəlləyəcəklərini iddia edirlər. Qısası, bu rəsm qadağası vəhhabilərə aiddir və XIX əsrdən başlayıb. Bu qadağa bütün dünyaya yayılıb.

- Osmanlı dövründə Peyğəmbərin gül simvolu rəsminin çəkildiyini görürük. Osmanlı sultanlarının bu istiqamətdə bir əmri var idimi?

- Bildiyim qədəriylə heç bir əmr yox idi. Əslində XVIII və XIX əsrlərdə “Gül-i Muhammedi”nin yüksəlişini görə bilərik. Bu gün Türkiyədə üstünlük verilən və sərgilər vasitəsilə dövlət tərəfindən də dəstəklənən peyğəmbəri təsvir edən əsər formatı hülyədir (bəzək – kulis.az). Bir müddət qabaq mövlud mərasimləri üçün hazırlanan dəvətnamələrdə belə hülyələr vardı.

- Bəs Qərb mədəniyyətində necə? Orda bu rəsmlər özünə necə yer tapdı?

- Avropa və Amerika incəsənətində Məhəmməd Peyğəmbər müəyyən bir cəmiyyətin və dövrün adətlərinə görə təsvir edilib. Bəzən “Quran”ın müəllifi və xristianlığın bölücüsü kimi göstərilib.

# 3937 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər