Bakıda Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16 sentyabr 2019
# 14:03

Oktyabrın 2-dən 6-dək Bakıda III DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) keçiriləcək.

Festivalın direktoru İmam Həsənovun APA-ya verdiyi məlumata görə, festivala ümumilikdə 32 ölkədən 181 film qəbul olunub. O qeyd edib ki, filmlərin 43-ü tammetrajlı, 138-i qısametrajlıdır: “138 qısametrajlı filmin isə 22-i yerli istehsaldır. Sevindirici haldır ki, bu il Cənubi Amerikadan tutmuş, Kanada, hətta Yaponiyadan filmlər daxil olub. Təəssüf ki, yerli filmlərin çoxu qeyri-professional olduğundan müsabiqəyə daxil ola bilməyib. Bundan başqa, artıq 3-cü dəfə keçirilən DokuBaku Festivalına hələ yerli tammetrajlı filmlə müraciət edən olmayıb”.

Onun sözlərinə görə, festivalın əsas proqramına daxil olan filmlər “Ən yaxşı tammetrajlı sənədli film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Special Jury Mention” kateqoriyalarında yarışacaqlar: “Bundan əlavə, tamaşaçıların səsverməsi əsasında “Tamaşaçı rəğbəti mükafatı” da təqdim ediləcək”.

İ.Həsənov Münsiflər heyətinin yerli və əcnəbi olmaqla iki tərkibdən ibarət olduğunu açıqlayıb: “Münsiflər heyətinə Georg Seesslen, Heleen Gerritsen, Tinay Muşdiyeva, Paşa Təbrizli, İradə Bağırzadə, Mirbağır İsmayılov kimi kino nümayəndələri daxildir. Müsabiqə proqramına daxil olmuş filmlərə beynəlxalq və yerli münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 6-da, festivalının bağlanış mərasimində elan olunacaq”.

# 3879 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər