Azərbaycan ədəbiyyatı Fransanın Milli Kitabxanasında

Azərbaycan ədəbiyyatı Fransanın Milli Kitabxanasında
15 iyul 2019
# 10:14

Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının kitabları Fransa Milli Kitabxanasına yerləşdirilib.

Nəşriyyatın rəhbəri Nicat Kazımovun Kulis.aza bildirdiyinə görə, o, Fransa Milli Kitabxanasının direktoru ilə görüşüb, nəşriyyatın bütün kitablarını kitabxananın qeydiyyatına saldırıb. Milli Kitabxanada “Azərbaycan ədəbiyyatı” adında ayrıca bölmə yaradılacaq.

On gün içində Azərbaycan kitabları bütün Fransa Milli Kitabxanalarında və eləcə də Fransa universitetlərinin kitabxanasında mövcud olacaq.

Eyni zamanda Strasburq şəhərində yerləşən kitabxanada istənilən vaxt tədbir və konfranslar keçirmək imkanı əldə edilib.

N.Kazımov bütün bunlarla bağlı müvafiq müqavilə imzalandığını da bildirib. İndən belə nəşriyyatın bütün kitablarını milli kitabxana alacaq.

O eyni zamanda bu hadisənin Fransız mühitinə çıxmağımız üçün çox önəmli olduğunu vurğulayıb

# 4396 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər