Bakı Dövlət Universitetində Qəşəm Nəcəfzadə ilə görüş

Bakı Dövlət Universitetində Qəşəm Nəcəfzadə ilə görüş
4 aprel 2016
# 15:13

Bakı Dövlət Universitetində şair Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirildi. Kulisin məlumatına görə tədbiri giriş sözü ilə açan universitetin müəllimi Daşqın Qəmbərov şairlərlə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladı.

Tələbəlrin ədəbi dünya görüşünün, milli vətənpərvərlik hislərinin formalaşmasında belə tədbirlərin vacibliyini qeyd etdi. Sonra o, Qəşəm Nəcəfzadənin yaradıcılığı haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.

Tədbirin aparıcısı Əməkdar jurnalist, şair Murad Qoçuoğlu Qəşəm Nəcəfzadənin gənclik illərindən tanıdığını, onun yaradıcılığında təbiət, sosial və ictimai həyat lövhələrinin geniş yer aldığını dilə gətirdi. Yazıçı Səyyad Aran şairin şeirlərinin həyatiliyindən söhbət açdı.

O qeyd etdi ki, Qəşəm Nəcəfzadə şeir, esse və hekayələrində həyatın qəddarlığını və həm də bu həyatda heç vaxt sönməyən insanın dünyəvi düşüncə işığını böyük ustalıqla qələmə alır. Şair Balayar Sadiq şairin dünya çapından, xüsusən Avropa ölkələrində çap edilən kitablarının əhəmiyyətini vurğuladı.

Şairlərdən Nuranə Nur, Balayar Sadiq, Aybəniz Qafarlı və Bakı Dövlət Universitetinin müəllimi, Əlamdar Cabbarlı Qəşəm Nəcəfzadə haqqında ürək sözlərini dedilər.

Sonda Qəşəm Nəcəfzadənin həyat və fəaliyyətindən bəhs edən kiçik film göstərildi, şair yeni şeirlərini oxudu, tələbələrin suallarını cavablandırdı və onlara yeni çapdan çıxan kitablarını hədiyyə etdi.

# 2793 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər