9 yaşlı polyak qızın kitabı Azərbaycan dilində

9 yaşlı polyak qızın kitabı Azərbaycan dilində
2 fevral 2016
# 12:44

BSU-nun tələbələri Turan Əzimli və Vəfa Vəliyevanın tərcüməsində 9 yaşlı polyak yazar Zuzana Kavanın “Anya Vud axtarışda” adlı kitabı çap olunub. Kulisin məlumatına görə kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb.

Hələ mürəkkəb süjetli detektiv ədəbiyyat oxumağa hazır olmayan uşaqlar üçün nəzərdə tutulan bu kitab, azyaşlı məktəblilərin təxəyyülünün inkişafına zəmin yaradacağı şübhəsizdir.

Əsərin balaca qəhrəmanı 9 yaşlı Anya Vud özünü xəfiyyə kimi təsəvvür edərək məşhur cinayətkarları bir-bir ifşa edib, ələ keçirir.

Bu kitabın qiyməti ondadır ki, oxucular hələ balacalıqdan sağlam cəmiyyət yaratmaq naminə öz bilik və bacarıqlarını təqdim etməyə, hazırlanır, nadir peşələrdən biri olan detektiv sənətinə maraq yaradır. Həmçinin kitabın dili uşaq şüuruna uyğun olduğu üçün oxucular özlərini hadisələrin içində hesab edirlər.

Qeyd edək ki, Zuzana Kava “Təhsil Asossasiyası” İctimai məktəbinin 2-ci sinif şagirdi, “Gündəlik düzgün polyak dili” IX Ümumpolyak dili müsabiqələrinin laureatıdır.

İnanırıq ki, Zuzana Kavanın çoxsahəli fəaliyyəti, uğurları ilə birgə qələm təcrübəsinin özü də balaca oxucular üçün gözəl örnək olacaq.

Tələbələrin tərcümə sahəsindəki ilk fəaliyyətləri olan “Anya Vud axtarışda” kitabı yaxın günlərdə oxuculara təqdim olunacaq.

# 2665 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər