Lüdmila Duxovnayaya “Şöhrət” ordeni təqdim edilib

Lüdmila Duxovnayaya “Şöhrət” ordeni təqdim edilib
31 oktyabr 2019
# 14:50

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Rus Teatrında kiçik tamaşa salonunun açılışı keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış incəsənət xadimləri, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak edib.

Açılış münasibətilə görkəmli aktrisa, respublikanın Xalq artisti Lüdmila Duxovnayanın iştirakı ilə “Gecəki qadın” monotamaşası nümayiş olunub.

Tamaşadan öncə çıxış edən teatrın baş rejissoru, Xalq artisti Aleksandr Şarovski bildirib ki, belə yığcam, tamaşaçı ilə aktyorun çox məhrəm ünsiyyətdə olduğu kiçik səhnəyə bütün teatrlarda ehtiyac var: “O ki qaldı tamaşaya, mən bu tamaşa üzərində zövq alaraq işlədim. Əminəm ki, seyrçilər də həm mətndən, həm də Lüdmila Semyonovnanın peşəkarlığı, istedadı və məsuliyyətini bir araya gətirərək yaratdığı qadın obrazından zövq alacaqlar”.

Əməkdar mədəniyyət işçisi Valentina Reznikovanın tərtib etdiyi poetik tamaşada Vilyam Şekspirin sonetləri və rus poeziyasının ən məşhur isimlərindən – Aleksandr Vertinski, Vladimir Mayakovski, Yevgeni Yevtuşenko, Marina Svetayeva, Anna Axmatova,Tatyana Bek, Andrey Voznesenski, Olqa Aqur və Sergey Markovun qadın qəlbinin dərinliklərini və gözəlliklərini əks etdirən şeirləri məntiqi ardıcıllıqla düzülərək vahid kompozisiya kimi qurulub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, dekorasiya üzrə, geyim üzrə rəssamları və musiqi tərtibatçısı Aleksandr Fyodorov, Olqa Abbasova və Vladimir Neverovdur.

Tamaşadan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib: “Belə poetik tamaşadan sonra çıxış etmək, söz demək çətindir. Lüdmila xanımın gözəl və fərqli obrazlar yaratdığı bu tamaşanı yalnız “Hülya-həzrət Qadın” adlandırmaq olar. Yəqin bu gün mənim həm də çox mühüm və məsul tapşırığı yerinə yetirmək üçün burada olmağım da bir qanunauyğunluqdur. Yeni teatr-tamaşa məkanının açılışı, açılış günündə böyük və şərəfli yaradıcılıq yolu keçmiş və bu yolda uğurla davam edən görkəmli aktrisanın öz yubileyi münasibətilə monotamaşa oynadığı gündə ona Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edildiyi “Şöhrət” ordenini təqdim edirəm”.

Sonra nazir ordeni sənətkara təqdim edib.

Xalq artisti Lüdmila Duxovnaya əməyinə verilən bu yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər