Ağır xəstəliyə tutulan Qüdrətin Tanrıya məktubu

Ağır xəstəliyə tutulan Qüdrətin Tanrıya məktubu
25 oktyabr 2019
# 14:11

Kulis.az Vüqar Əlioğlunun Qara ciyər çatışmazlığından əziyyət çəkən 5 yaşlı Qüdrətin Nəbiyevin adından Tanrıya yazdığı məktubu təqdim edir. Xatırladaq ki, bir il bundan öncə Qüdrətin iki yaşlı bacısı eyni xəstəlikdən dünyasını dəyişib.

Salam Allah baba

Mənim adım babam Qüdrətin adıdır. Mənim beş yaşım var. Hamının sözünə baxıram, heç kimi incitmirəm. Hələ mənim bir bacım da var indi yanımızda yoxdur. Bir gün “gizlən qaç” oynayırdıq O, gizləndi mən qaçdım. Sonra onu tapa bilmədim. İndi onun üçün çox darıxıram. Hər dəfə ata və anamdan bacım Aydanı soruşanda onlar ağlayırlar. Bəs mənim bacım hardadır?

Bizim evdə durmadan hamı ağlayır ele bil evimizə qaranlıq çöküb. Allah baba sənə bu məktubu yazıram ki, bacımı geri qaytarasan. Biz onunla yenə əvvəlki kimi oynayaq. Atam, anam, nənəm daha ağlamasın. İstəmirəm atamın anamın gözündə yaş olsun. İstəmirəm atam gizlində göz yaşlarını gizləsin. Daha evimiz də maraqsız olub. Bizə gələn qonaqlar da ağlayırlar.

Bircə ona sevinirem ki, atam məni təyyarəyə mindirib, məni Türkiyəyə aparıb amma orda da mənə iynə vururlar. Ağrıdır o iynələr məni. Nə olar onlara de ki məni incitməsinlər. Allah baba elə et ki, evimizdə yenə hər şey yaxşı olsun, hamı gülsün. Bacım Aydan da gəlsin. Ona təyyarədən danışacam. Allah baba mən sənə inanıram ki, sən bizə kömək edəcəksən. Allah baba eşidirsən məni...

# 5279 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər