Buktreyler Festivalının qalibləri elan olunacaq

Buktreyler Festivalının qalibləri elan olunacaq
29 aprel 2019
# 16:17

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində IV Buktreyler Festivalının qala-gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli məlumat verib.

Onun sözlərinə görə, Buktreyler Festivalının qaliblərinin adları qeyd edilən tarixdə ziyalıların, tanınmış simaların iştirak edəcəyi gecədə açıqlanacaq.

Xatırladaq ki, qaliblərə birinci, ikinci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hər biri ) və 500 (hər biri) manat, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1000 manat pul mükafatı təqdim ediləcək.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür./azertag.az/

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər