Özbəkistanda “Məndə sığar iki cahan” müsabiqəsi

Özbəkistanda “Məndə sığar iki cahan” müsabiqəsi
4 aprel 2019
# 17:49

2019-cu ilin "Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Daşkənddə silsilə tədbirlərin təşkili nəzərdə tutulub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə "Nəsimi ili” ilə əlaqədar Özbəkistanda "Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verilib.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəsti-xəttinə, yaradıcılıq yoluna uyğun şeirlər toplanılacaq.

Əsərlər cari ilin 5 aprel tarixindən – 30 iyun tarixinədək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin poçtuna ([email protected]) elektron formada göndərilməsi xahiş olunur.

Müsabiqəyə təqdim olunan materiallar:

1. Şeir və poema.

2. Müəllifin pasportunun surəti (elektron formada).

3. Müəllif haqqında qısa məlumat.

Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir.

Yekunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, ədəbiyyat sahəsində tanınmış "Kitab dünyası” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə "Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

# 3650 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər