Corc Oruelin daha bir kitabı Azərbaycan dilində

Corc Oruelin daha bir kitabı Azərbaycan dilində
9 yanvar 2018
# 12:45

Corc Oruelin “Birma günləri” romanı Azərbaycan dilində nəşr olunub.

Kulis.azın verdiyi xəbərə görə, “Qanun” nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi Əli Nəcəfxanlıdır.

Xatırladaq ki, “Birma günləri” ingilis yazıçısı Corc Oruellin yaradıcılığının erkən dövrlərində yazdığı romandır.

Hamısını birmalı aborigenlər üzərində üstünlük hissi birləşdirən, amma iç dünyaları tam fərqli olan ingilis müstəmləkəçilərin həyatı, onların zadəgan tövrləri, özlərini xırda ədavət hisslərinə qurban vermələri əsərdə ustalıqla qələmə alınıb.

Britaniyalılar ilk baxışda avropalılaşmış kimi görünən yerli sakinlərin ruhən şərq mentallığını qoruyub saxlamasını heç cür anlaya bilmirlər. Müəllif günbəgün böyük imperiyaya inamını itirən bir ingilisin faciəli taleyi fonunda gözəl realist əsər yarada bilib.

# 3403 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər