Da Vinçinin itmiş əsəri ərəb şahzadəsində imiş

Da Vinçinin itmiş əsəri ərəb şahzadəsində imiş
11 iyun 2019
# 16:22

Dahi italyan rəssamın ən bahalı əsərlərindən biri tapılıb.

Bu günədək Birləşmiş Ərəb Əmirliklərinin incəsənət muzeyinin işçiləri Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (Salvator Mundi) əsərinin harada yerləşdiyindən xəbərsiz olduqlarını bildirirdilər.

İyunun 11-də bir çox xarici KİV-də şedevr əsərin harada yerləşdiyi barədə məlumat yayılıb. Məlumata görə, əsərin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Saudun şəxsi yaxtasında olduğu üzə çıxıb.

Leonardo da Vincinin 1500-cü illərdə çəkdiyi Salvator Mundi adlı tablo 2017-cü ilin noyabrında 450 milyon 300 min dollara Badr bin Abdullah Al Saud tərəfindən satın alınmışdı. O vaxtdan bəri dünyanın ən bahalı rəsm əsərinin harada olduğu bilinmirdi. /azertag.az/

# 3278 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər