Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
31 iyul 2019
# 14:25

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında XI Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Avqustun 5-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcəklər.

Kulis.az-ın verdiyi xəbərə görə, proqrama uyğun olaraq, bu gün axşam saat 21:00-da Qəbələ Rayon Mədəniyyət Mərkəzinin zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik orkestrinin iştirakı ilə festivalın ilk konserti təqdim olunacaq. Cavad Tağızadənin dirijorluğu ilə gerçəkləşəcək konsertdə solistlər Taleh Yahyayev (bariton), Nigar Cəfərova (soprano), Mahir Tağızadə (bariton), Rəsul Əliyev (fleyta), Nəzrin Aslanlı (violin), Safura Aslanova (vokal), Məmmədəli Paşazadə (klarnet) Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edəcəklər.

Festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Mədəniyyət Mərkəzində reallaşacaq. Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçəcək konsertdə Xalq artistləri Ülviyyə Hacıbəyova (piano) və Yeganə Axundova (piano) səhnəyə çıxacaqlar.

Festival günlərində musiqisevərlər “Kiyev virtuozları” simfonik orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, “Naz-nazı” muğam qrupunun, “Clarte” klarnet kvartetinin, xarici ölkələrdən gələn tanınmış ifaçıların çıxışlarını izləmək imkanı əldə edəcəklər.

Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert də keçiriləcək.

# 3970 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər