Alla Puqaçova 70 illik yubileyini qeyd edir

Alla Puqaçova 70 illik yubileyini qeyd edir
15 aprel 2019
# 15:23

SSRİ Xalq artisti, Azərbaycanın “Dostluq” ordenin sahibi, məşhur Rusiya estrada müğənnisi Alla Puqaçova 70 illik yubileyini qeyd edir.

Rusiya Prezidenti Vladimir Putin müğənnini yubileyi münasibətilə təbrik edərək, onun qeyri-adi istedadını, parlaq artistlik bacarığını, gənc istedadların üzə çıxmasında rolunu xüsusi qeyd edib.

Alla Puqaçova Moskvada anadan olub. İlk populyarlığı müğənniyə Bolqarıstanda keçirilən “Qızıl Orfey” festivalında ifa etdiyi “Arlekino”, daha sonralar 1978-ci ildə Polşanın “Sopot” festivalında təqdim etdiyi “Krallar hər şeyə qadirdir” mahnıları gətirib. Rusiya estradasının primadonnasının repertuarında 500-dən çox mahnı var. İllər ötməsinə baxmayaraq Alla Puqaçovanın “Milyon al qızılgül”, “Qədim saat”, “Aysberq” və digər mahnıları dillər əzbəridir./azertag.az/

# 3843 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər