İpək Yolu mövzusunda beynəlxalq fotomüsabiqə

İpək Yolu mövzusunda beynəlxalq fotomüsabiqə
17 iyun 2018
# 08:31

UNESCO-nun gənclər proqramına və “Mədəniyyətlərin yaxınlaşması naminə Beynəlxalq Onillik” layihəsinə uyğun olaraq, İpək Yolu üzərində ümumi mədəni irs mövzusu üzrə vizual tədqiqat və maarifləndirici xarakterli “İpək Yolu gənclərin gözü ilə” adlı fotomüsabiqə keçirilir.

Fotomüsabiqənin əsas məqsədi İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri arasında qarşılıqlı anlaşmanı və sülhü təşviq etməklə birgə mədəni irsi daha yaxşı anlamağa motivasiya vermək, fotoqrafiyadan alət kimi istifadə edərək İpək Yolu ölkələrinin tarixi töhfələrini diqqətə çatdırmaqdır.

Aprelin 11-dən iyulun 15-dək keçirilən müsabiqədə iki yaş kateqoriyası üzrə – 14 yaşdan 17 yaşadək və 18 yaşdan 25 yaşadək gənclər iştirak edə bilərlər.

Sonda qaliblərin sərgiləri təşkil olunacaq. Müsabiqənin ruhunu əks etdirən 50 fotodan ibarət sərgi əvvəlcə UNESCO-nun baş qərargahında, sonra isə digər ölkələrdə keçiriləcək. Göndərilən müstəsna fotolar professional mediada dərc olunacaq. /azertag.az/

# 2494 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər