Nodar Şaşıqoğlunun xatirə gecəsi keçiriləcək

Nodar Şaşıqoğlunun xatirə gecəsi keçiriləcək
18 dekabr 2017
# 14:49

Dekabrın 19-da Dövlət Rus Dram Teatrında Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Dövlət Film Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xatirə tədbiri Mədəniyyət və Turizm Nazirliyi, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq.

Xatirə gecəsində Nodar Şaşıqoğlunun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışılacaq, onun həyat və yaradıcılığına həsr olunan videoçarx təqdim olunacaq.

Qeyd edək ki, N. Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə anadan olub. Tiflisdə Teatr İnstitutunu bitirdikdən sonra Moskvanın və Sankt-Peterburqun müxtəlif teatrlarında çalışıb. “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib. N. Şaşıqoğlunun “Uzaq sahillərdə” filmində yaratdığı Mixaylo obrazı ona böyük şöhrət qazandırıb.

Aktyor 12 aprel 2013-cü ildə Bakıda vəfat edib.

# 2475 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər