Tanınmış şairə xəstəxanaya düşdü

<b>Tanınmış şairə xəstəxanaya düşdü</b>
19 iyul 2017
# 11:17

Tanınmış şairə, publisist, tərcüməçi Afaq Şıxlının səhhəti qəfildən pisləşib.

Kulis.az yenicag.az-a istinadən xəbər verir ki, həmyerlimiz yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilib.

Saytımıza açıqlama verən Afaq Şıxlı xəbəri təsdiqləyib. Hazırda müayinə və müalicə olunduğunu deyən şairə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını deyib:

"Ürəyim xəstə olsa da həkimə getmirdim, qəfildən halım pisləşdi və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıldım. İki gündür ki, müayinələr aparılır, eyni zamanda dava-dərman olunur. Burdakı həkimlərdən çox razıyam, hələ ki, müayinə və müalicə üçün bir rubl belə xərcləməmişəm. Həkimlər infarkt riskindən şübhələnir, müayinə tam başa çatandan sonra dəqiq diaqnoz qoyulacaq. Səhhətim yaxşı deyil, görək müalicədən sonra necə olacam".

Xəstəxanadan nə vaxt evə buraxılacağını bilməyən şairə həkimlərin ona qadağa qoyduğunu da bildirib:

"Həkimlər telefonla danışmağı qəti qadağan edib. Stressdən uzaq olmalıyam".

Qeyd edək ki, Afaq Şıxlı Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya və Rusiya Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibidir.

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər