Afaq Məsud beynəlxalq mükafata layiq görülüb

Afaq Məsud beynəlxalq mükafata layiq görülüb
25 noyabr 2015
# 17:21

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun "Mənsur Həllac" əsəri görkəmli türk dramaturqu Haldun Tanərin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin üç qalib əsəri sırasındadır.

Bu barədə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun yazıçıya ünvanladığı təbrik məktubunda bildirilir. ""Mənsur Həllac" əsəri müsabiqəyə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilib. Qaliblərin mükafatlandırma mərasimi 8 dekabr 2015-ci il tarixdə Türkiyə Mədəniyyət Nazirliyinin "Kiçik teatr" binasında keçiriləcək".

Qeyd edək ki, Türk dünyasının ilk pyes müsabiqəsi olan "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi" Avrasiya Yazarlar Birliyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Müdirliyi tərəfindən, Türkiyə Nazirlər Kabinetinin Təbliğat Fondunun dəstəyi ilə keçirilib. Müsabiqəyə İran, İraq, Türkmənistan, Dağıstan və digər türkdilli ölkələrlə yanaşı, Qazaxıstandan 16, Qırğızıstandan 11, Azərbaycandan 16, Türkiyədən isə 23 əsər təqdim edilib.

# 3041 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər