Teatrı yeni tamaşanın məşqlərinə başlayıb

Teatrı yeni tamaşanın məşqlərinə başlayıb
8 fevral 2018
# 09:54

Gənc Tamaşaçılar Teatrı yeni tamaşanın məşqlərinə başlayıb.

Teatrdan verilən məlumata görə, bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcək.

“Hüseyn Cavid dramaturgiyası, onun qəhrəmanlarının həyatı və geniş dünyagörüşü kollektiv və tamaşaçılar tərəfindən həmişə böyük sevgi və məhəbbətlə qarşılanır. Çünki dramaturqun qəhrəmanları, onun fəlsəfəsi insanı daima düşündürür, saflaşdırır. Ümid edirəm ki, “Ana” tamaşası da teatrımızın repertuarında uğur qazanacaq və uzun illər tamaşaçılar tərəfindən sevgi ilə baxılacaq. Bu tamaşa həm də teatrımızın istedadlı aktrisası, Əməkdar Artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olacaq”, - deyə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov bildirib.

Yeni səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Tamaşada obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov oynayacaqlar.

Tamaşanın premyerası aprel ayında reallaşacaq.

# 3031 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər