Universitetdə Vahid Əzizlə görüş keçirilib

Universitetdə Vahid Əzizlə görüş keçirilib
12 oktyabr 2017
# 16:25

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsinin tələbələri “Auditoriya+” proqramı çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, tərcüməçi Vahid Əzizlə görüşüb.

Kulis.az-ın verdiyi xəbərə görə, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi İlahə Kazımova şairi salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Şairin Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edən İ.Kazımova görüşün baş tutmasında tələbələrin daha çox maraqlı olduğunu sözlərinə əlavə edib. O, dəvəti qəbul edərək tələbələrlə görüşə gələn şairə təşəkkürünü ünvanlayıb.

Öz növbəsində V.Əziz Dillər Universitetində olmaqdan məmnunluğunu bildirib və söyləyib ki, tələbələrlə görüşmək və ünsiyyət qurmaq insana stimul verir. Gənc nəsli cəmiyyəti gələcəyə daşıyan qüvvə kimi xarakterizə edən şair ADU tələbələrinin dil bilgiləri hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Daha sonra şair dünya və Azərbaycan ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli xüsusiyyətlərindən bəhs edib, şair yaradıcılığı və onun baxış bucağı haqqında fikirlərini tələbələrlə bölüşüb. O, bildirib ki, əsərdə nə qədər personaj varsa, müəllif bütün obrazların həyatını, dünyasını yaşayır.

Öz yaradıcılığı və kitabları barədə söz açan V.Əziz seçilmiş əsərlərindən ibarət 10 cildliyin çapa hazırlandığını qeyd edib. O, həmçinin yeni qələmə aldığı “Qoca” adlı şeirini tələbələrə təqdim edib.

Görüş tələbələrin şairin şeirlərini səsləndirməsi və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

# 2544 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər