“İntihar edənlərin qatili” təqdim edildi

“İntihar edənlərin qatili” təqdim edildi
13 may 2015
# 13:44

Gənc yazıçı – publisist Amid Əlioğlunun "İntihar edənlərin qatili" romanının təqdimatı və imzalanma mərasimi keçirilib. Kulisin məlumaıtna görə "Kitabevim.az" kitab mağazasında keçirilən təqdimatda ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, ictimai təşkilatların liderləri, yazıçılar, KİV nümayəndələri, oxucular iştirak edib.

Təqdimatı telejurnalist Arzu Kəlbi açaraq qonaqları salamlayıb. İlk kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik edən aparıcı ona növbəti kitabının çap edilməsini arzulayıb.

YYSQ sədri, kitaba ön söz yazmış yazıçı-kulturoloq Aydın Xan Əbilov gənc yazıçının ilk kitabı haqqında fikirlərini bölüşüb. O, romanın məziyyətləri barədə geniş məlumat verərək müəllifi təbrik edib.

Kitabın redaktoru Anar Həsənli müəllifin öz kitabında hər bir oxucuya ciddi mesajlar ötürdüyünü bildirib. O, oxuculara romanı oxuduqdan sonra fikir və mülahizələrini müəllifə çatdırmağı tövsiyə edib.

Tədbirdə digər çıxış edənlər - Əkbər Qoşalı, Müqamət Əliyev, Şahin Ülvi, Aqil Camal, Namiq Məna, Nəcəf Allahverdiyev, Şahin Nəbiyev, Təranə Əhməd, Leyla Şərifova, Emin Məmmədov və başqaları çıxış edərək əsər haqqında fikirlərini qeyd ediblər, müəllif barədə ürək sözlərini söyləyiblər. Gənc yazara yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonda kitabın müəllif tərəfindən imzalama mərasimi keçirilib.

# 3489 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər