Pulitser mükafatının qalibləri bəlli oldu

Pulitser mükafatının qalibləri bəlli oldu
21 aprel 2015
# 10:07

Enteni Dorrun “Bizə görünməyən işıq” romanı Pulitser mükafatına layiq görülüb. Kulisin gazeta.ru saytına istinadən verdiyi məlumata görə Pulitser mükafatı hər il jurnalistka, ədəbiyyat, dram və non-fikşn sahəsindəki nailiyyətlərinə görə təqdim olunan əsərlərə verilir.

“Bizə görünməyən işıq” romanı İkinci Dünya Müharibəsi zamanı fransız qızla alman oğlanın cəhənnəmdə sağ qalmasından, bir-birinə can atmasından bəhs edir.

Dram sahəsində Stiven Andli Qircisin “Riversayd və Kreyzi arasında” pyesi qalib olub. Pyes istefa vermiş polis rəisinin öz evindən çıxarılmasından bəhs edən qara komediyadır.

Tarix sahəsində Elizabet A. Fenni “Dünyanın ürəyində görüşlər: mandan qəbiləsinin tarixi” kitabına görə mükafatlandırılıb. Kitab Dakota ştatında yaşayan mandan hindu qəbiləsi barədədir. “Bioqrafiya” kateqoriyasında mükafat isə “Papa və Mussolini: XI Pinin sirli tarixi və Avropada faşizmin oyanışı” işinə görə Devid Ketserə təqdim olunub. Yazıda hər iki şəxsiyyətin həyatı tədqiq olunub. Müəllif öz yazısında bu yaxınlarda açılan Vatikan arxivindəki sənədlərdən istifadə edib.

Şairlər arasında Qeorqi Padlo dörd poeziya toplusuna görə mükafatlandırılıb. Jürinin fikrincə, kitablarda “XXI əsr insanının təmiz və bütöv fikirləri, səsi “ eşidilir.

Jurnalistika üzrə mükafat isə “Cəmiyyət uğrunda xidmətlərinə görə” kateqoriyasında “The Post and Courierre” qəzetinə (Cənubi Karolina, Çarlston), “Ölüm bizi ayırana qədər” məqaləsinə görə verilib. Məqalə bu ştatda qadınların zorakılıqla öldürülməsindən bəhs edir.

Mükafatların təqdim olunması Kolumbiya Universitetində baş tutub. Cəmi 21 nominasiya üzrə qaliblər seçilib.

# 2341 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər