“Çinar” ansamblının yubileyi qeyd olunub

“Çinar” ansamblının yubileyi qeyd olunub
7 noyabr 2019
# 09:59

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan haqlı olaraq öz mədəniyyəti ilə fəxr edir. Ona şöhrət gətirən mədəniyyət nümunələrindən biri də milli rəqslərdir. 1959-cu ildə Tibb Universitetində yaradılan “Çinar” qızlar ansamblı milli mədəniyyətimizi yeni rəqs nömrələri ilə zənginləşdirib. Həmin ansambl yüksək mədəniyyətə, fitri istedada, bənzərsiz sənətkarlıq qabiliyyətinə malik Əminə Dilbazinin rəhbərliyi ilə yaradılıb. Məşhur rəqqasə ömrünün 47 ilini bu ansambla həsr edib. “Çinar” bu illər ərzində dünyanın ən müxtəlif ölkələrini dolaşıb, ən məşhur səhnələrdə çıxış edib. Universitetdə fəaliyyət göstərən ansambl bu gün də ustad sənətkarın qoyduğu ənənələri davam etdirir.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu sözləri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Çinar” rəqs ansamblının 60 illiyinə həsr olunmuş gecədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, 60 il ərzində universitetin mindən artıq tələbəsi ansamblın üzvü olub. Onlar həkimliklə yanaşı, rəqs sənətinin incəliklərini də dərindən öyrəniblər.

Ölkəmizin ilk qızlar ansamblı olan “Çinar”ın tarixi və keçdiyi yoldan bəhs edən süjet nümayiş olunub.

Yubiley gecəsində ayrı-ayrı vaxtlarda universitetdə fəaliyyət göstərən “Eskulap”, “Eksperiment, “Alov” qruplarının, eləcə də hazırda onların varislik ənənəsini davam etdirən “Şəfa” xalq çalğı alətləri ansamblının çıxışları xoş təsir bağışlayıb.

Universitet tələbələrinin ifasında muğam, xalq mahnıları, vokal və estrada musiqisi nömrələri səslənib.

... Durna qatarı kimi bir-birinin ardınca düzülən qızlar səhnədə qanad açıb süzür, dövrə vurur, halay qurur. “Çinar”ın ifasında rəngarəng rəqs nömrələri bir-birini əvəz edir: “Dəsmalı”, “Dağlar gözəli”, “Yallı”, Suita”, “Naxçıvan yallısı”...

# 4261 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər