Yeni çoxseriaylı film gəlir: "Kür nəğmə" - Fotolar

Yeni çoxseriaylı film gəlir: "Kür nəğmə" - Fotolar
19 avqust 2019
# 11:33

İctimai televiziyanın sifarişi ilə J&J şirkəti tərəfindən yeni “Kür nəğmə” çoxseriyalı bədii televiziya filminin çəkilişlərinə başlanılıb. Çəkilişlər Mingəçevir şəhərində və Kür ətrafı bölgələrində aparılır.

Çəkiliş heyətindən kulis.az-a verilən xəbərə görə, serialın quruluşçu rejissoru Cavid Təvəkkül, Ssenari müəllifi Reyhan İsayeva, görüntü rejissoru Şahmar Səfəroğlu, prodüseri Ceyhun Səbzəliyev, layihənin rəhbəri Yalçın Verdiyevdir.

Baş rollarda Əməkdar artistlər Elşən Rüstəmov, Akif Mirabov, aktyorlardan Əbülfət Salahov, Ziya Ağa, Vüsal Hacı Qədir, Səmimi Fərhad, Günay Əhməd, Təvəkkül Əhmədov çıxış edirlər. Serialın ana ideyası “yalnız sağlam keçmiş üzərində sağlam gələcək qurmaq olar, ədalət əvvəl axır öz yerini tutacaq” kimi fikirdən ibarətdir. Ailə-məişət mövzusunda dram janrında çəkilən film 15 seriya nəzərdə tutulub.

Serialda baş verən hadisələr Mingəçevir şəhərində cərəyan edir. Üç nəsil aktyorların iştirak etdiyi telefilmin ssenarisi həyatdan götürülmüş bənzər əhvalat əsasında yazılıb.Bədii televiziya filmi sentyabr ayında həftədə bir dəfə olmaqla ekrana çıxacaq.

# 7318 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər