Azərbaycan muzeyləri Moskva festivalında

Azərbaycan muzeyləri Moskva festivalında
31 may 2019
# 15:08

Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada keçirilən “İntermuzey” XXI Beynəlxalq Festivalında iştirak edirlər.

Moskvanın “Monej” Mərkəzi Sərgi Kompleksində “Peşəkarların dialoqu” mövzusunda keçirilən “İntermuzey” festivalında Rusiyanı və dünyanın digər ölkələrini təmsil dən 400-dən çox muzey iştirak edir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, muzey 2011-ci ildən “İntermuzey” festivalında iştirak edir. “Bu il biz muzeyimizin filialı olan, 2018-ci ildə açılmış Qara Qarayevin ev-muzeyindən eksponatlar təqdim edirik. Dahi bəstəkarımızla bağlı çap məhsulları, filmlər nümayiş etdirir, Qara Qarayevin təkcə Azərbaycan mədəniyyətində deyil, dünya mədəniyyətində rolu barədə ziyarətçilərə məlumat veririk”, - deyə A.Bayramova bildirib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi həmçinin Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosiasiyasının stendində də təmsil olunur.

A.Bayramova vurğulayıb ki, rəhbərlik etdiyi muzey bu il 10 illiyini qeyd edən assosiasiyanın həmtəsisiçisi və üzvüdür.

Azərbaycan Xalça Muzeyi festivalda əl işi olan xalçalarla təmsil olunur. Muzeyin baş mütəxəssisi Aynur Məmmədova ziyarətçilərə Azərbaycanda xalçaçılıq sənətinin tarixi və inkişafı barədə məlumat verir. O, festival çərçivəsində keçirilən “Elmi-fond işinin əsas cəhətləri. Kolleksiyanın komplektləşdirilməsi, saxlanması və öyrənilməsi problemləri” mövzusunda sessiyada da iştirak edib.

Muzeyin mütəxəssisi çıxışında Azərbaycan Xalça Muzeyində koleksiyaların komplektləşdirilməsi, saxlanma şəraitindən danışıb.

A.Məmmədova bildirib ki, hazırda muzeydə komplektləşdirmə işinə yeni yanaşma tətbiq edilir. Muzeyin direktoru Şirin Məlikovanın rəhbərliyi ilə kolleksiyanın zənginləşdirilməsi istiqamətində xeyli iş görülüb. Bəzi eksponatlar ekspedisiyalar zamanı əldə edilib. İlk dəfə olaraq Azərbaycanda Xalça Muzeyi eksponatların hərraclardan alınması təcrübəsini tətbiq edib. A.Məmmədova deyib: “Avropa hərraclarından, şəxsi kolleksiyalardan qədim xalçalar alınıb Azərbaycana gətirilir. Eyni zamanda, həm həmyerlilərimiz, həm də əcnəbi vətəndaşlar muzeyimizə hədiyyələr edirlər. 2018-ci ildə İtaliya kolleksiyaçıları bizə 3 xalça hədiyyə edib. Heydər Əliyev Fondunun dəstəyi ilə XVII əsrə aid iki nadir Qarabağ saray xalçası Azərbaycana qaytarılıb”.

# 3047 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər