Zorlanmış qadını arpa ilə yoxlayacaqlar

Zorlanmış qadını arpa ilə yoxlayacaqlar
16 iyun 2015
# 12:52

Ötən il iyul ayında Hindistanda qaçırılaraq bir neçə nəfər tərəfindən zorlanmaya məruz qalan qadın təmizlənmək üçün “arpa testi”ndən keçiriləcək. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə 23 yaşındakı qadın 8 ay boyunca zorlamaya məruz qalıb.

Qaçırılmamışdan əvvəl yoldaşı və iki uşağı ilə Suratda yaşayan qadın hamilədir. Məhkəmə isə artıq abort etmək üçün gec olduğunu bildirib.

Qadın hazırda Qujaratın Ranpur Taluka şəhərinin Devaliya kəndində uşaqları ilədir. Qayınanası ilə qayınatası onu evlərinə qəbul etməyiblər. Buna görə həyat yoldaşı da ailəsindən ayrılaraq xanımının yanına köçüb. O, bildirib ki, bir daha evlənmək istəmir. Qadın da qarnında gəzdirdiyi körpənin özünün bir parçası olduğunu, onu yaşatmaq istədiyini deyib. Ailəsi isə qadının qarnında gəzdirtdiyi uşağın problem yaradacağından qorxurlar.

Qayınanası deyib ki, hələ evlənməmiş iki uşağı var: “O qadın doğsa uşaqlarımla kimsə evlənməyəcək. 14 yaşındakı oğlum da cəmiyyət tərəfindən cəmiyyətdən təcrid olunar. Yeganə çarə odur ki, arpa testindən keçərək təmizlənsin, ondan sonra cəmiyyətimiz nə desə ol olsun.”

Bu test təkcə Qujaratdaı Devipujak cəmiyyətində həyata keçirilir. Devipujak icması ciddi kasta və dini sistemə bağlıdır, qadın zorlananda və ya həyat yoldaşına xəyanət edəndə icmanın öz məhkəmələri qurulur. Bu məhkəmələrin Hindistan hökuməti tərəfindən qəbul edilib-edilmədiyi bilinmir.

Testi həyata keçirən rahib kisədən bir ovuc arpa götürüb qarşısındakı qadına uzadaraq “Təkdir, ya cüt?” deyə sual verir. Qadın düzgün cavab vermədikdə dediklərinin yalan olduğu qənaətinə gəlirlər. Bundan sonra başının üzərinə 10 kiloqram ağırlığında daş qoyularaq sual təkrarlanır. Rahib onun haqqında müsbət hökm verənə qədər qadın daşı başından salmamalıdır.

Arpa testi ilə təmizlənmə bəzən aylarca davam edir. Test müsbət sonluqla nəticələndikdən sonra həmin adam daha cəmiyyət tərəfindən təcrid olunmur. Bu testlər yalnız qadınlara tətbiq edilir.

# 2711 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər