1 Aprelin acı şəkəri

1 Aprelin acı şəkəri
1 aprel 2015
# 10:08

1 Aprel–Ümumdünya gülüş günüdür. Avropa və Asiyanın bir çox ölkələrində “Zarafat günü” kimi qeyd olunur. Bir-birini aldatmaq müxtəlif hadisələrlə bağlıdır. Adətin kökü qədim Romaya -2000 il əvvələ gedib çıxır. Bu bayramı bəzi hallarda “Ağılsızlar günü” də adlandırıblar. Deyilənə görə, bir çox ölkələrdə ildə bir dəfə -aprelin 1-də - “İtaətsizlik” bayramı keçirilirdi. Həmin gün adamlar öz hökmdarlarını lağa qoyar, gündəlik davranışlarını poza bilərdilər. Bu öz yerində. Gələk günümüzə. Görək, Azərbaycanda bu bayrama necə yanaşırlar, insanlar hansı münasibətdə zarafat edirlər?

Zarafat, gülmək yaxşıdır, lakin yerində və həddində. Bəzən yersiz zarafatlar insanı qəzəbləndirir, ona həyəcan yaşadır. İllər keçsə belə, gülüş günündə olan hadisəni hiddətlə xatırlayırlar. Yaxından tanıdığım xanımın bir neçə il bundan qabaq başına gəlmiş əhvalatı qısaca danışmaq istəyirəm..

Xarici şirkətdə çalışan bu xanımın iş yerində nizam-intizam o qədər güclü idi ki, xeyir-şərə icazə almaq belə müşkülə çevrilirdi. Mobil ünsiyyət olmadığından, o yaxın adamlarla ev telefonu ilə əlaqə saxlayırdı. Müxtəsər, həmin bu başıbəlalı bir aprel günü yaxın rəfiqələrdən ikisi xanıma zəng edib deyirlər ki, filan küçədə məktəbli qızların dayanıb səni gözləyirlər. Ana müdriyyətdən icazəsiz- filansız özünü başılovlu deyilən ünvana çatdırır. Bir-iki saat əsəbi, gərgin halda övladlarını gözləsə də, uşaqlardan xəbər-ətər çıxmır. Vurnuxa-vurnuxa qalan ana düz üç saat küçədə girinc olub qalır. Nəhayət, gərgin və gözüyaşlı evinə dönür. Uşaqlarının evdə olduğunu görən qadın əsəbindən dəlilik həddinə çatır. Əsl tamaşa bundan sonra başlayır. Ona zəng edən xanımlardan qisas almaq üçün, o da öz növbəsində hiyləyə əl atır. Cani - dildən ağlayaraq, hamilə olan yaxın rəfiqənin yol keçərkən, maşın vurduğunu söyləyir. Bax, belə...

Yaxud, keçən ilin söhbətidi. Səhər tezdən oğul təngənəfəs evə girib çox böyük təşvişlə, maşınının qarət olunduğunu, sənədlərin və pulun aparıldığını bildirir. Deyilənə həyat yoldaşı o qədər əhəmiyyət verməsə də, yaşlı ana bu xəbərdən sarsılır, taqətsiz halda stula çökərək hönkürtüylə ağlamağa başlayır. Bu sarsıntıdan ana tezliklə şəkər xəstəliyinə tutulur.

Sözümün canı: elə zarafat edin ki, sonra peşman olmayasız.

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər