Əmir Pəhləvanın 60 illiyi qeyd olunub

Əmir Pəhləvanın 60 illiyi qeyd olunub
16 oktyabr 2019
# 17:11

Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı, şair, dramaturq və kinorejissor Əmir Pəhləvanın (Hacılı Əmir Pəhləvan oğlu) anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib.

Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərəzinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecədə tədbirin aparıcısı Əməkdar incəsənət xadimi İlham Rəhimli çıxış edərək dramaturqun həyat və yaradıcılığından söz açıb.

Bildirib ki, 70 kitabın, 20 filmin, 2 teatr tamaşasının müəllifi olan ədibin 5 filmi ( “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız Qalası”, “Bakı Nefti və Nobellər”) xarici kinofestivalların qalibi və baş mükafatlarını qazanıb. Onun 15 kitabı Avropa, ABŞ və Türkiyədə, 20 kitabı isə Rusiya və Ukraynada çap edilib.

Tədbir çərçivəsində yubilyara Qazaxıstan Respublikasının sabiq Prezidenti Nursultan Nazarbayev, Ukrayna Yazıçılar İttifaqının sədri Mixael Sidorjevski və Rusiya Yazıçılar İttifaqının katibi Lidiya Dovıdenko tərəfindən ünvanlanan təbrik teleqramları oxunub.

Tədbirdə akademik Nizami Cəfərov, Xalq şairi Vahid Əziz, ədəbiyyatşünas alim Qurban Bayramov çıxış edərək yubilyarı təbrik edib, onun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan Azərbaycan radiosunun “Cənub verilişləri” redaksiyasında “Gəncliyin səsi” proqramının yaradıcısı kimi fəaliyyətə başlayıb. O, “Baku”, “Bakı axşam” və “Azərbaycan müəllimi” qəzetlərində müxbir işləyib, “İlham” qəzetinin təsisçisi və baş redaktoru olub.

Qeyd edilib ki, müxbir işlədiyi illərdə Azərbaycan mətbuatında təcrübəli publisist kimi tanınan Əmir Pəhləvanın “O ay bir də doğmayacaq” adlı ilk kitabı çapdan çıxıb. “Step LTD” kinoşirkətini təsis edən Ə. Pəhləvan şirkətin xətti ilə yaradılan “Fransız”, “Qarabağ şikəstəsi”, “Spasibo”, “Qız qalası” bədii filmlərinin, “Bakı nefti və Nobellər”, “Avtoritet”, “Göyçay yəhudiləri”, “Doqquzuncu oğuz uyğurları”, “Kurqanlar”, “Hunqoriya”, “Şəhriyar”, “Sivilizasiya beşiyi – Çin”, “Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru olub. O, bu filmlərində tariximizin, taleyimizin maraqlı səhifələrini canlandırıb. Əmir Pəhləvan öz filmləri ilə beynəlxalq festivallara çıxaraq ölkənin kino sənətini bu və digər dərəcədə təmsil edib.

Gecədə Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva və bır sıra gənc müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. /azertag.az/

# 3631 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər