Bakı Kitab Mərkəzi 1 yaşını qeyd edib

Bakı Kitab Mərkəzi 1 yaşını qeyd edib
16 sentyabr 2019
# 09:38

Sentyabrın 15-də Bakı Kitab Mərkəzinin bir illik fəaliyyətinə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.

Gecədə bir il ərzində Bakı Kitab Mərkəzində baş tutan tədbirlər, layihələr, ədəbiyyat, incəsənət və poeziya axşamları, bədii-musiqili gecələr, həmçinin mərkəzin ictimai-sosial fəaliyyətini əks etdirən Azərbaycan və ingilis dillərində nəşr olunmuş fotoalbom təqdim olunub.

Gecədə çıxış edən mərkəzin direktoru Günel Anarqızı bildirib ki, bu müddət ərzində 100-ə yaxın tədbirlər keçirilib. Bildirib ki, Azərbaycanda vaxtilə kitaba böyük maraq göstərilib, mütaliə sevənlərin sayı isə digər ölkələrlə müqayisədə dəfələrlə çox olub. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi intellektual səviyyəni yüksəltmək, bilik və savad almaq üçün ən mühüm şərt olan mütaliə mədəniyyətini yaşatmaq və gələcək nəsillərə ötürmək kimi vacib məsələyə böyük töhfə verir. Bütün bunlar gənc nəslin bilikli, savadlı və yüksək intellektual səviyyədə yetişməsinə xidmət edir ki, bu məsələyə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi diqqət yetirir. Qeyd edib ki, bunun sayəsində bu gün Bakı Kitab Mərkəzi oxucuların ən sevimli məkanına çevrilib. Sonra G.Anarqızı fotoalbom haqqında məlumat verib, gördüyü işlər barədə danışıb.

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev mərkəzin Azərbaycan xalqının bir uğuru olduğunu söyləyib. O, keçmiş SSRİ məkanında Kiyev, Leninqrad şəhərləri ilə yanaşı, Bakıda da çoxlu kitab evlərinin mövcud olduğunu və sonradan belə məkanların azaldığını söyləyib. Xalq yazıçısı son illər ölkəmizdə mütaliəyə marağın artığını və çoxlu kitab mağazalarının açıldığını vurğulayıb.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, Xalq şairi Ramiz Rövşən çıxış edərək Kitab Mərkəzinin bir illik fəaliyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, kitab oxucu üçün vacib, onu tənhalıqdan xilas edən mənəvi qidadır. Kitabsız xalq yoxdur, onu heç nə əvəz edə bilməz.

Sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissəsində Xalq artisti Murad Hüseynov və Əməkdar artist Tünzalə Ağayeva və digər musiqiçilər çıxış ediblər. /azertag.az/

# 3272 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər