Mədəniyyət xadimləri mükafatlandırılıb

Mədəniyyət xadimləri mükafatlandırılıb
16 may 2019
# 16:02

Mayın 16-da Mədəniyyət Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu.

Kulis.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışdı. Vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədə müstəsna xidmətlərini xüsusi vurğuladı.

Əbülfəs Qarayev daha sonra dedi: “Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Xalq artisti Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Rollarının hər birinin məxsusi xarakteri var. Əməkdar artist Yadigar Muradov uzun illərdir Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edir və kollektiv maraqlı tamaşalar hazırlayır. Ötən ilin sonlarında teatrın binası yenidən qurularaq kollektivin istifadəsində verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda bu teatr öz doğma məkanında – Şuşada öz fəaliyyətini davam etdirəcək. “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvləri Balakişi Qasımov və Elman Talıbov Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil edirlər”.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və “Tərəqqi” medalına layiq görülmüş Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edildi. Nazir bütün təltif olunanlara cansağlığı, yeni uğurlar arzuladı.

Sonda mükafata layiq görülənlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.

# 3935 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər