Səlim Babullaoğlu fəxri təmsilçi olub

Səlim Babullaoğlu fəxri təmsilçi olub
7 fevral 2018
# 15:56

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlu Türk Ədəbiyyatı Vəqfinin Azərbaycandakı fəxri təmsilçisi təyin olunub.

Kulis.azın verdiyi xəbərə görə, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhəd Kabaklının imzaladığı Təmsilçilik diplomunda bu sözlər qeyd olunub: “Türk mədəniyyət, sənət və ədəbiyyat həyatının inkişafı, dərin mədəni irsin gələcəyə ötürülməsi və keçmişdə böyük xidmətlərə imza atmış dəyərli adların xatırlanaraq gələcək nəsillərə tanıdılması, qardaş ölkə ədəbiyyatları arasındakı iş birliklərinin gücləndirilməsi ümidylə qurulan Türk Ədəbiyyatı Vəqfinin sayəsində dəyərli işlərə imza atacağınıza inanır, fəaliyyətinizdə güc və uğur arzu edirik...”


S.Babullaoğlu məsələ ilə bağlı modern.az saytına açıqlamasında bunları deyib: “Vəqfin rəhbəri, hörmətli Sərhəd Kabaklıya, tanınmış tərcüməçi və yazar İmdat Avşar başda olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə, idarə heyəti üzvlərinə təşəkkür edirəm. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən onsuz da xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim türk ədəbiyyatları istiqamətində daha dərin və əsaslı xarakter alacaq...”

# 2453 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər