“İntellektuallar klubu” təsis edildi

“İntellektuallar klubu” təsis edildi
6 dekabr 2016
# 13:39

Azərbaycan Yaradıcılıq Fondunun nəzdində “İntellektuallar klubu”nun təsis edilməsi və “Gəlinciklər sərgisinin” nümayişi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözüylə açan Azərbaycan Yaradıcılıq Fondunun sədrinin birinci müavini əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı fondun bir çox uğurlu layihələrə imza atdığını iştirakçıların diqqətinə çatdıraraq əlavə edib ki, fondun nəzdində “İntellektuallar klubu”nun yaradılması zərurətdən irəli gəlir: «Bu klubun uzvləri dövlətimizin və dövlətçiliyin inkişafı üçün öz bacarıq və imkanlarını cəmiyyətlə, xüsusilə gənclərlə bölüşməyə hazırdırlar. Müasir dövrdə cəmiyyətdə , ələlxüsus gənclər arasında tolerantlığa, birgəyaşama, başqasının inancına, dininə, irqinə hörməti təbliğ və təşviq etmək təkcə rəsmi qurumların işi olmamalıdır. Müəyyən həyat təcrübəsinə və biliyə malik intellektual kəsimin də bu işdə dövlətimizə yardımçı olması vacibdir. Bu klubun da yaradılmasında məqsəd budur».

Sonra çıxış edənlər Rafiq Kaşanlının sözlərilə tam razı olduqlarını bildiriblər.

Tədbir iştirakçılarının yekdil razılığı ilə tarixçi alim Tahir Behbudov “İntellektuallar klubu”nun sədri seçilib.

Gündəlikdə duran ikinci məsələ ətrafında Fərəh xanım Əliyeva tədbir iştirakçılarına məlumat verib. Fərəh Əliyeva “Gəlincik” tətbiqi sənətinin tarixindən ta bu günümüzə qədər keçdiyi mərhələlər haqqında tədbir iştirakçılarına “Master Klass” keçib. Tədbirin sonunda Fərəh Əliyevanın əl işləri olan biri-birindən gözəl gəlinciklərin sərgisi nümayiş etdirilib.

# 2077 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər