“Çöl Qala” oxuculara təqdim olunacaq

“Çöl Qala” oxuculara təqdim olunacaq
4 may 2016
# 17:01

Mayın 7-də Bakıda publisist Vahid Qazinin “Çöl Qala” kitabının təqdimatı keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, “Qız Qalasında Çöl Qala” adlı təqdimat mərasimi saat 12-də İçərişəhərdə “Elman dayının dükanı” kimi tanınan kitab mağazasının önündə olacaq. Mağaza Qız qalasının arxasında, Karvansaraya gedən yolun üstündə, Qüllə küçəsi, 10 ünvanında yerləşir.

Bakı Kitab Klubunun nəşr etdiyi kitabın redaktorları Hikmət Sabiroğlu və İmran Bədirxanlıdır. Kitabın arxa səhifəsində filosof Ağalar Məmmədovun, yazıçı Mehriban Vəzirin, ədəbi tənqidçilər İradə Musayeva və Tehran Əlişanoğlunun əsər və müəllif haqda rəyləri verilib.

“Sabahların sahibi bu günün azad gəncliyinə həsr olunan” povest müasir insan həyatının bir parçasına çevrilmiş sosial şəbəkələrdə yaşanan virtual həyatdan bəhs edir. İnsanları bura çəkən hansı istəkdir, qüvvədir? Asılılıq dərəcəsinə çatan bu vərdişin səbəbi nədir? İnsan real həyatdan yorulub bəlkə? Bəlkə bəşəriyyət gələcək virtual həyata beləcə “köçür” aramla? Otuz, əlli, yüz il sonranın insanı hansı dünyada yaşayacaq? Ola bilsin, biz o virtual aləmin pionerləriyik, xəbərimiz yoxdur?

Müəllif hesab edir ki, “Çöl Qala” povestinin məzmunu onun qəhrəmanlarından birinin dediyi bu cümlələrdə açılır: “Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya nədən yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir”.

# 2544 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər