“Həyat naminə” filmi təqdim olunacaq

“Həyat naminə” filmi təqdim olunacaq
15 aprel 2016
# 14:32

Aprelin 15-i saat 21:00-da ilk dəfə olaraq CBC telekanalında “Həyat naminə” sənədli filmi nümayiş olunacaq. Kulisin məlumatına görə film həyatı bahasına azərbaycanlı dinc sakinləri erməni silahlılarının təcavüzündən xilas edən, SSRİ DİN Daxili Qoşunlarının leytenantı, sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın həlak olmasının 25-ci ildönümünə həsr olunub.

1991-ci il aprelin 7-də Ermənistanın Gorus və Qafan rayonları istiqamətindən erməni terrorçu birləşmələrinin Qubadlı rayonu Yuxarı Cibikli kəndinə növbəti hücumu zamanı 24 yaşlı zabit Oleq Babak erməni silahlıları ilə qeyri-bərabər döyüş aparıb.

Azərbaycanın dinc sakinlərini xilas edən leytenant Babak təxminən 2 saat davam edən atışma zamanı kəndə hücumun qarşısını alaraq 30-a yaxın erməni terrorçusunu məhv edib. Bu zaman Oleq Babakın keçmiş silahdaşı milliyyətcə erməni hərbçinin rəhbərlik etdiyi terrorçu dəstə gənc zabiti mühasirəyə alıb, onu arxadan güllələməklə xaincəsinə qətlə yetirib. Ukrayna və Rusiya Federasiyasında araşdırmalar aparan CBC-nin yaradıcı qrupu hadisə iştirakçıları və şahidlərlə görüşlərdə döyüş barədə ilk dəfə olaraq bir çox faktları əldə edib. Bu və ya digər faktlar CBC-nin “Həyat naminə” sənədli filmində təqdim olunacaq.

# 2350 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər