Məşhur ifaçı Bakıda konsert verəcək

Məşhur ifaçı Bakıda konsert verəcək
15 noyabr 2019
# 18:01

Noyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Almaniyanın məşhur orqan ifaçısı Gunter Kennel konsert proqramı ilə çıxış edəcək.

Konsert Goethe-Zentrum Bakı və Yevangelist Lüteran Kilsəsinin təşkilatçılığı ilə reallaşacaq.

1961-ci ildə Vestpfaltsda anadan olan Gunter Kennel, 1980- ci ildən 1989-cu ilədək Münxen və Londonda Yevangelist kilsə musiqisi (A), orqan və ilahiyyat üzrə təhsil alıb. 1989-cu ildə orqan təhsilini master-klass diplomu ilə bitirib. Onun orqan müəllimləri Franz Lehrndorfer və Nicolas Kynaston olub.

Təhsil aldığı müddət ərzində Münxendə və 1992-ci ildən etibarən müxtəlif musiqi üslublarının təbliğ edildiyi iki tanınmış konsert kilsəsi olan Berlin-Kreusberqdəki Passion Kilsəsi və Müqəddəs Xaç Kilsəsində kilsə musiqiçisi kimi fəaliyyət göstərib. Bu musiqi üslubları ilə orada toplaya bildiyi təcrübələri stilistik sərhədləri və eksperimental elementləri ilə reallaşdırılan konsert proqramlarına təsir göstərir.

Orqan ifaçısı və dirijor kimi o, ölkəsində və xaricdə keçirilən konsertlərdən təcrübələr qazanır.

Konsert turları onu bir çox Avropa ölkələri ilə yanaşı, ABŞ və Cənubi Afrikaya da aparıb çıxarıb. Bundan əlavə, çoxsaylı CD, televiziya və radio səs yazılarında iştirak edib. O, 2004-cü ildən etibarən Berlin Brandenburg-Silesian Oberlausits Yevangelist Kilsəsində regional kilsə musiqi rəhbəri vəzifəsini icra edir, həmçinin ilahiyyat doktoru olaraq 2011-ci ildən Humboldt Universitetində və Berlindəki İncəsənət Universitetində kilsə musiqisi fənnindən dərs deyir. /azertag.az/

# 3665 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər