Kulisin əməkdaşları mükafatlandırıldı

Kulisin əməkdaşları mükafatlandırıldı
14 oktyabr 2019
# 16:21

Kulis.az-ın əməkdaşları kinotənqidçi Sevda Sultanova və yazıçı Samirə Əşrəfə "Əli bəy Hüseynzadə" mükafatı təqdim olunub.

Oktyabrın 14-də Yazıçılar Birliyinin Natəvan klubunda "Ədəbiyyat qəzeti" yayınları seriyasından yeni çap olunmuş 5 kitabın təqdimat mərasimi keçirildi.

Kulis.az-ın verdiyi xəbərə görə, bunlar Sevda Sultanovanın "Ekranlaşdırılmış bədii əsərlər" , Samirə Əşrəfin "Dördüncü divar", Əyyub Qiyasın "Ədəbiyyat üzrə Nobel mükafatçıları", Günel Eyvazlının "Esselər" və tərtibçinin "Müstəqilliyin ədəbiyyatı müzakirə disskursunda" kitablarıdır.

Təqdimat mərasimində Yazıçılar Birliyinin sədri Anar, gənclərlə iş üzrə katib Rəşad Məcid, "Ədəbiyyat qəzeti"nin redaktorları, Nizami adına Ədəbiyyat institutunun nümayəndəsi çıxış edərək layihə haqda, "Ədəbiyyat qəzeti" haqda danışdılar, müəlliflər haqda xoş sözlər dedilər, qəzetin baş redaktoru Azər Turanı belə maraqlı layihəyə görə təbrik etdilər.

Həmçinin mərasimdə bir sıra yazarlar - tənqidçi Cavanşir Yusifli ("Ədəbi tənqidi məqalələrinə görə") , şair Səlim Babullaoğlu ("Bədii tərcümə sahəsində xidmətlərinə görə"), yazıçı Varis ("Ədəbi əsərlərinə görə"), yazıçı-publisist Orxan Fikrətoğlu, yazıçı Əlabbas ("Ədəbiyyat qəzeti" ndə çap olunan hekayələrinə görə), yazıçı Mübariz Örən ( "Balıq gülüşü" hekayələr kitabına görə"), yazıçı Sərdar Amin ( "Ədəbiyyat qəzeti"ndə çap olunan esselərinə, məqalələrinə görə), şair Hədiyyə Şəfaqət ("Ədəbiyyat qəzetində çap olunan esselərinə görə), yazıçı Yaşar Bünyad ("Ədəbiyyat qəzetində" çap olunan hekayələrinə görə), şair Elxan Qaraxanoğlu ("Ədəbiyyat qəzeti"ndə çap olunan oçerklərinə görə), şair Ümid Nəccariyə ("Qaranlığın fotosu”) təltif olundu.

# 3680 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər