“Rostropoviç” adlı tədbir keçirilib

“Rostropoviç” adlı tədbir keçirilib
5 iyul 2019
# 16:40

İyulun 5-də L. və M.Rostropoviçlərin ev-muzeyində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Mstislav Rostropoviç - UNESKO-nun xoşməramlı səfiri və xeyriyyəçi insan” adlı tədbir keçirilib.

Tədbiri Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq maestronun xeyriyyəçi fəaliyyətindən, müharibə dövründəki keşməkeşli həyatından, ailəsindən, son dövrlərdəki yaradıcılığından söhbət açıb.

Qonaqlar kinorejissor A.Əliyevin Maestroya həsr etdiyi “Bizdə hər şey var” filminə baxıblar.

Bununla yanaşı, M.Rostropoviçin həyat və yaradıcılığında xeyriyyəçilik fəaliyyəti, onun xoşməramlı səfir kimi gördüyü işlərə aid fotomateriallardan ibarət sərgi və slayd-şou nümayiş olunub.

Muzeyin direktoru Şeyla Heydərovanın səyi nəticəsində iki dildə hazırlanmış, Mstislav Rostropoviçin xoşməramlı səfir və xeyriyyəçi insan kimi fəaliyyətindən bəhs edən buklet bu yaxınlarda işıq üzü görəcək. /azertag.az/

# 3895 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər