“Xarı Bülbül” festivalı keçirildi

 “Xarı Bülbül” festivalı keçirildi
8 noyabr 2019
# 14:40

Noyabr 7- də Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Gənclərin 2-ci Yaradıcılıq “Xarı Bülbül” festivalı keçirilmişdir.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, festivalda Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndələri, Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quluyev, Gənclər üçün Təhsil Mərkəzi və digər mədəniyyət müəssisələrinin işçiləri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin bir qrup əsgər və zabit heyəti iştirak etmişdir.

Tədbirdə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı və Ağcabədi rayon İcra Hakiyyətinin əməkdaşı Vüsalə Məmmədova çıxış edərək festival iştirakçılarına uğurlar arzu etmişlər. “Xarı Bülbül” festivalının məqsədindən söz açan natiqlər Qarabağ mədəni incilərinin təbliğ olunması, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılmasına kömək etmək, gənclərdə yaradıcılığa maraq oyatmaq və gənclərin yaradıcı ideyalarla çıxış etmələrinə şərait yaratmaq mövzusunda ərtaflı danışmışlar.

Sonra festival konsert proqramı ilə davam edib. Qarabağ Muğam Mərkəzinin müəllimi Əhəd Təhməzovun ifasında “Sevgili canan” romansı, müəllimlər – İsa Məmmədov, Həsən Əliyevin ifalarında “Qarabağ həsrəti” mahnıları, “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvləri Heydər Məmmədov və Egün Quliyevin M.Ə.Sabirin “Əhvalpürsanlıq” dialoq-şeiri, Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivinin “Sarı Gəlin” kompozisiyası, Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin “Bayatı-Folklor” qrupunun üzvlərinin təqdimatında “Qarabağda toy” kompozisiyası, Zamin Sərdaroğulunun ifasında saz havası, Azərbaycan Aşıqlar Birliyinin üzvləri Əbdüləli Axundov, Təbriz Axundov və Tacir Alxanovun ifalarında el havaları təqdim olunmuş və festival iştirakçılarının alıqşları ilə qarşılanmışdır.

# 5240 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər