Teatrın yubiley mövsümü başa çatır

Teatrın yubiley mövsümü başa çatır
5 iyul 2019
# 14:10

Sumqayıt Dövlət Dram Teatrı Sumqayıtlıları və şəhərimizin qonaqlarını 50-ci mövsümün son tamaşasına dəvət edir.

Teatrdan Kulis.az-a verilən məlumata görə, tamaşa 19 iyul 2019- cu ildə nümayiş etdiriləcəkdir. Yazıçı - dramaturq Əli Əmirlinin "Sevgilim Sumqayıt" pyesinin maraqlı səhnə versiyası ilə bu ilki mövsüm bağlanacaq. Xatırladaq ki, "Sevgilim Sumqayıt" tamaşası Sumqayıt Dövlət Dram Teatrı kollektivinin Sumqayıtın şəhər statusu almasının 70 illiyinə hədiyyəsidir.

Lirik - psixoloji, eyni zamanda sosial- ictimai xəttləri ilə maraq doğuran səhnə əsərində bədii təxəyyüllə sənədli faktların sintezi maraqlı formada təqdim olunur. Quruluşçu rejissor, xalq artisti Firudin Məhərrəmovun original baxış bucağı əsərə yeni çalar qatır.

Bütün teatrsevərləri, o cümlədən şəhərimizin qonaqlarını iyulun 19 - da, saat 19.00- da "Sevgilim Sumqayıt" tamaşasına dəvət edirik.

# 4153 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər