Bütün zamanların ən yaxşı mahnısı

Bütün zamanların ən yaxşı mahnısı
1 iyun 2019
# 17:15

"Beatles" qrupunun "Yesterday" mahnısı bütün vaxtların ən yaxşı mahnısı elan olunub.

Kulis.az xəbər verir ki, bu barədə "24/7 Wall Street" portalı yazır.

1965-ci ildə buraxılan bu mahnıya 665 "cover" yazılıb. "Billbord Hot" hit-paradında bu, 11 həftə birinci yerdə qalıb.

İkinci yerdə 1970-ci ildə çıxan "Simon & Garfunkel"in "Bridge Over Troubled Water" ifası qərarlaşır. Ona 400-dən çox "cover" yazılıb və "Billboard"da 14 həftə ilk olub.

Üçüncü yerdə isə Adelin 2010-cu ildə çıxan "Rolling In the Deep" mahnısıdır. 65 həftə hit-paradda qalan mahnıya 84 "cover" yazılıb.

"TOP-10"luqda "Beatles"dan "Hey Jude", amerikalı müğənni Con Leqenddən "All of Me", Ledi Qaqadan "Bad Romance", "The Queen"dən "Bohemian Rhapsody", "Beatles"dan "Let It Be" və Bill Uizersdən "Ain't No Sunshine" var.

Siyahı 100 mahnıdan ibarətdir, aralarında Elvis Preslidən "Can't Help Falling In Love" (11-ci yer), Farel Uilyamsdan "Happy" (14-cü yer), Nensi Sinatradan "These Boots Are Made For Walkin" (21-ci yer), "Survivor" qrupundan "Eye of the Tiger" (25-ci yer), Eminemdən "Lose Yourself" (27-ci yer) yer alıb.

Ən yaxşı mahnılar üzrə liderlik "The Beatles" qrupuna aiddir.

# 3797 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər