“Falçılar şeytanın adamlarıdır”

“Falçılar şeytanın adamlarıdır”
5 noyabr 2015
# 12:55

Dini işlər üzrə Dövlət Komitəsi falçılığın ləğv edilməsi ilə bağlı layihə hazırlayır. Kulis məsələ ilə bağlı münasibətləri təqdim edir.

Aqil Abbas: “Əvvəla falçılığı din özü qadağan edir. Bir çox ölkələrdə də bu qadağandır. Amma qadağalar həmişə hər şeyi həll eləməyiblər. İnsanları ağıllandırmaq, maarifləndirmək lazımdır. Falçılığın qarşısını maarifləndirməklə almaq olar. Hər halda falçılıq yaxşı şey olsaydı dinlər qadağan etməzdi. Dində nə qadağa varsa hamısı gözəldir. Quranda yazılanlara baxsanız görərsiz ki, donuz əti yeməkdən tutmuş, zina yapmağa qədər bütün qadağalar gözəldir. Odur ki, komitənin bu qərarını alqışlayıram.”

Firudin Qurbansoy: “Çox gözəl, xalqımızın mənəviyyatından, dinimizdən xəbər verən qərardır. Bilirsiz ki, dinimizcə falçılıq ən böyük günahlardan biridir. Peyğəmbərimiz onunla məşğul olub sərvət qazananları da bədənini satıb özünü dolandıran küçə qadınları ilə müqayisə edib. Belə bir peşənin ləğv olunması hamımızın ən köhnə vaxtlardan olan arzusu idi. Şükür Allaha, gecə də olsa axır ki, öz qanuni həllini tapdı. Mənim istədiyim odur ki, xalqım savadlı, imanlı olsun. Falçıların, şeytan adamlarının tələsinə düşməsin. Falçılar da şeytan adamlarındadır.”

# 2974 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər