“Yazı”nın yeni sayı çap olundu

“Yazı”nın yeni sayı çap olundu
25 dekabr 2015
# 17:46

“Yazı” ədəbiyyat dərgisinin 16-cı sayı işıq üzü görüb. Kulisin məlumatına görə dərginin bu sayında şeirlər, hekayələr, tərcümələrlə yanaşı ədəbiyyat xəbərləri, yeni nəşrlər və digər yazılarla da tanış olmaq olar.


“Bir kitab şeir” rubrikasında Nərmin Kamalın şeirləri, “Həsr” bölümündə Ə.Əylisli, Müşfiq Xan, Svetlana Turan, Cəlil Cavanşir, Zamiq Mehdisoyun hekayələri, Rəşid Bərgüşadlı, Yaşar Bünyad, Azad Qaradərəlinin “Şüşə ev” romanının davamı çap olunub.

“Poeziya” bölməsində Şaiq Vəli, Sevinc Elsevər, Şəhriyar İbrahimov, Emin Akif, Zaur Sahil, Nofəl Ümid və Azər Xanlarovunşeirləri yer alıb.

“Sözümüzün yiyələri” rubrikasında Sabir Əhmədlinin “Yazılmayan yazı” memuar romanının davamı, “Güney sovqatı”nda Elşən Böyükvənd və Zaman Paşazadənin yazıları verilib.


Dərginin “Çevirmə” yerində İ.V.Göte, Orxan Vəli, Q.Q.Markes, S.Alekseyeviçin əsərlərindən nümunələr və 1-ci Pyotrun ailəsi haqqında yazı, “Esseistika” bölümündə Niyazi Mehdinin “Dilüstü və diliçi gəzişmələrdən” adlı essesinin əvvəli və Azər Cəfərovun “Tahirə Qürrətül-eyn” məqaləsi çap olunub.

Ədəbi birliklərdən “Yumruq” birliyinin üzvləri İlkin Tomar, Nicat Həşimzadə, İsmayıl Rizvanoğlu və Murad Ramazanovun hekayələri, “Palirta”da isə görkəmli Meksika rəssamı Dieqo Riveranın yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

“Yazı”nın yeni sayını rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

# 2985 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər