Bakı Dövlət Sirki köçürüləcək

Bakı Dövlət Sirki köçürüləcək
12 noyabr 2019
# 18:45

1967- ci ildə istifadəyə verilən Bakı Dövlət Sirkinin uçub-dağılmaqda olan binası, avadanlıqların standartlara cavab verməməsi və oturacaqların yarasız hala düşməsi sirk binasının köçürülməsi məsələsini gündəmə gətirib.

Kulis.az xəbər verir ki, bu barədə AYNA qəzetinin əməkdaşının suallarını cavablandıran BDS-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mahir Hümbətov məlumat verib. O qeyd edib ki, istifadəyə verildiyi müddətdən sonra əsaslı təmir olunmayan bina artıq müasir tələblərə cavab vermir: “Yenilənən Bakıya görə də sirk binasının yerləşdiyi yer uyğun deyil, ictimai nəqliyyat intensiv olan məkandır. Bina metrodan uzaq olduğundan, tamaşaçılar şəxsi avtomobilləri ilə gələndə maşınların parklaması çətin olur, sahə də yoxdur. Tamaşaçının gözləməsi üçün xüsusi yer məhduddur, daha çox mövsümü olduğu üçün, proqramlar qış aylarına təsadüf etdiyi üçün insanlar küçədə gözləməli olurlar. Nazir Əbülfəs Qarayev son açıqlamasında da vuğulamışdı ki, Bakının yeni sirk binasına ehtiyacı var, tezliklə bu məsələ həllini tapacaq. Biz də çox istəyərdik ki, yeni binanın tikintisində müasir tələblərə cavab verilsin. Sirk binası spesifik binadır, quruluşu, memarlığı mürəkkəbdir. Hazırda binamızda su sirki monejimiz yoxdur, amma bu ayın əvvəlindən start verən “Water land” su sirki proqramına uyğun olaraq əlavə avadanlıq gətirmişik.Yeni bina işıq diodları ilə təhciz olunmalıdır, məşq moneji, artistlərin qalması üçün bina, heyvanların saxlanılması üçün xüsusi yer olmalıdır. Biz də yaxşı başa düşürük ki, binanın təmirsiz halı tamaşaçıların günahı deyil.”

Binanın əsaslı təmir olunması məsələsinə gəlincə Mahir Hümbətov bildirib ki, sirk binası hazırkı məkanından köçürülməsi diqqət mərkəzindədir: “Bəli, bir neçə bina üçün layihə var, İtaliyadan, Rusiyadan mütəxəsislər dəvət olunub. Onlar qiymətləndirməni aparıblar, yeni bina üçün kifayət qədər vəsait də tələb olunur. Onun avadanlıqla təchizatı da əlavə maliyyə istəyir. Əsas odur ki, məsələ diqqət mərkəzindədir.

Əlbəttə, bina tarixi bina kimi qorunmalıdır, dağıdıla biməz. Qeyd etdiyim kimi, onun əlverişsiz yerdə yerləşməsi də başqa məkanda bina tikintisini zəruri edir. Bu səbəbdən yəqin ki, indiki bina da təmir edilərək başqa missiya üçün istifadə olunacaq. Yeni sirk binasının harada tikiləcəyi hələlik dəqiqləşdirilməyib, bir neçə versiya var”.

# 7159 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər