"Sonuncu" tamaşası film olacaq

"Sonuncu" tamaşası film olacaq
7 iyun 2019
# 13:59

YUĞ Teatrının “Sonuncu” tamaşasının kinoversiyası hazırlanır. Kinoversiyanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğludur.

Rejissor open.az-a açıqlamasında kinoversiyanın teatr tamaşasından fərqlənəcəyini deyib:

“Çəkilişlər YUĞ Teatrında aparılır. Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə göstərdiyi köməyə, dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm. YUĞ Teatrında film üçün xüsusi pavilion qurub, çəkilişləri davam etdiririk. Çəkilişlər bir həftə içərisində bitəcək. Tamaşadan fərqli olaraq əsərin kinoversiyasında xüsusi musiqinin olacağı nəzərdə tutulub. Sözsüz ki, kinoversiya teatr tamaşasından fərqlənəcək”.

Xatırladaq ki, “Sonuncu” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Ramiz Həsənoğludur. Səhnə əsərinin geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur. Tamaşada əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Mərih çıxış edib.

Əsəri gənc yazıçı Pərvin A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazıb və pyesdə baş verən hadisələr müasir dövrə uyğunlaşdırılıb. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub.

# 4433 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər