Kişilərə iynə vurmayan həkim

Kişilərə iynə vurmayan həkim
6 may 2015
# 11:05

Kəndimizin çox qəribə insanları var. Vaxta, məkana uyğun olaraq iki, hətta üç yerə bölünə bilirlər. Kimə deyirəmsə heç kim inanmır. Elmin, texnikanın inkişaf etdiyi, insanların Marsda həyat axtardığı bu dövrdə bu sözlərimi cahillik kimi qələmə verib məni qınayırlar. Bir-neçəsini misal çəkim, bəlkə siz mənə inandınız. Əgər sizlər də inanmasa, o zaman geridə qaldığımı qəbul edəcəm.

Üç gün bundan öncə həyətdə o qədər işləmişdim ki, yorğunluqdan tez yatmışdım. Gecənin bir aləmi telefonun səsi evi başına götürdü. Zəng edən qonşum, uşaqlıqda bir yerdə böyüdüyümüz oğlan idi. “Bratelnik”, yatmuşdun? Gör nə deyirəm e... Filankəs var e... Tanıyırsan da, onun arvadı nə bomba can imiş elə... Yanından gəlirəm indi”.

Səhəri gün, zəng edən qonşumun tində dayananlara əxlaq dərsi keçdiyini gördüm. Nə bilim, bəlkə də səhv edirəm. Ötən il kəndin ən hörmətli kişilərindən biri, kiçik qızını 5-ci sinfi bitirən kimi məktəbdən çıxartdı. Qız uşağı məktəbə gedərsə, əxlaqsızlıq, namussuzluq baş alıb gedər deyə... Bir həftə öncə isə 15 yaşlı böyük qızının nişanını etdi. Tezliklə evləndirəcəkmiş. Nə bilim, bəlkə də başqa adamdır, mən səhv edirəm. Amma, siz elə bilməyin ki, kənd başdan ayağa cahillərlə doludur. Qətiyyən! Bizim çox intellektual, savadlı insanlarımız da vardır ki, onlarla bütün kənd fəxr edir.

Məsələn, elə Hacı Qasım. Vallah-billah desəm inanmayacaq, məni geridəqalmışlıqda ittiham edəcəksiniz yenə. 8-ci sinfi güclə bitirib. Amma, sənə istənilən yerdən məlumat verə bilər. Ən yaxşı bildiyi mövzular isə masonların dünyanı necə idarə etməsi, yer kürəsini cənnətin bir güşəsi olmasına imkan verməyən əlləri qanlı Amerikadan elə sözlər danışır ki, ağzımın açıq qalmaması məndən asılı deyil. Dolanışığı da dolanışıq. Kənddə iki dükanı var. Özü Həccə getdiyi üçün dükanlarında spirtli içki satmır. İmkansızlıqdan neçə ildir bir tərəzini düzəltdirə bilmir. Gah kartofun çəkisi əskik gəlir, gah soğanın. Həci dedim mövzu dinə, inanca gəldi. Kəndimizdə dindar, mömin şəxslər də var. Onsuz olarmı? Qonşumuz 12 il idi çox yekə bir yerdə isləyirdi. Bu yaxınlarda böhtan atıb işdən çıxartdılar. Güya rüşvətxorluq ilə məşğul imiş. İnanmaram. Çünki, mən onu hər səhər işə gedərkən məscidin qabağındakı nəzir qutusuna pul atdığını görmüşəm. Hətta Ramazan ayında iftar süfrələri də təşkil edib dəfələrlə. Belə əməlisaleh adam rüşvətxor ola bilərmi?

Zəruri qeyd: Qışda qoyun otararkən çox soyuq olmuşdu mənə. Həkim bir xeyli iynə yazdı. Qonşumun "Can şeydir" dediyi adam həkimdir. Ona müraciət etdim iynə vurması üçün. Kişi xeylağına iynə vurmadığını dedi. Yoldaşı icazə vermirmiş. İnsanlar iki yerə bölünməsinə elmin, texnikanın inkişaf etdiyi, Marsda həyat axtardıqı bir dövrdə. Hələ də inanırsınızmı?

# 2206 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər