Castin Biber musiqidən gedir

Castin Biber musiqidən gedir
26 mart 2019
# 15:33

Kanadalı pop müğənni Castin Biber musiqi karyerasına ara verdiyini bəyan edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, o, musiqi sahəsindəki fəaliyyətini hələ uşaqlıqda yaranmış problemlərinə görə qeyri-müəyyən vaxtadək dayandırmağa qərar verib.

Musiqiçi şəxsi İnstagram səhifəsində enerjisinin olmadığını yazıb: “Mən yeniyetmə vaxtımdan qastrol səfərlərindəyəm. Son turda nə qədər nəşəsiz olduğumu hər kəs gördü. Nə mən, nə də siz buna layiq deyilsiniz. Axı siz parlaq, işıqlı, canlı təəssürat almaq üçün pul ödəyirsiniz” –deyə Castin öz qərarını izah edib.

25 yaşlı Castin daha artıq aşınmamaq, yaxşı ata və ər olaraq qalmaq üçün öz daxili problemləri ilə məşğul olacağını vurğulayıb. O, yeni albomla qayıdacağına söz verib, lakin dəqiq bir vaxt söyləməyib.

Xatırladaq ki, Castin Biber 2018-ci ildə model Xeyli Bolduin ilə gizlicə nigah kəsdirmişdi. Cütlüyün uşaqları yoxdur.

# 5261 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər