[b]“Mahmut hoca” öldü[/b]

[b]“Mahmut hoca” öldü[/b]
5 yanvar 2018
# 13:36

Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib. APA-nın Türkiyənin “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, o uzun müddət xəstəlikdən əziyyət çəkib.

Aktyor “Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulda anadan olub.

Qeyd edək ki, Ankara və İstanbul dövlət teatrlarında çalışıb. 1950-ci ildən başlayaraq, filmlərdə rol almağa başlayıb. Ssenarisi Nazim Hikmət və İhsan Kozaya aid “Üçüncü Səlim” filmindəki rolu ilə böyük kinoya qədəm qoyub. 1951-ci ildə Muhsin Ərtuğrulun “Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda görünüb. 1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib.


“Nəşəli günlər”, “Mavi Muncuq”, “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinifi” trilogiyasındakı “Keçəl Mahmud” obrazı ona böyük məşhurluq gətirib.

Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor 4 dəfə evli olub.

O, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi.

# 3580 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər