“Ulduz”un yeni sayı çıxdı

“Ulduz”un yeni sayı çıxdı
4 avqust 2017
# 16:33

Azərbaycan Yazıçılar Birliyinin "Ulduz” jurnalının iyul nömrəsi çapdan çıxıb.

Jurnalın ilk səhifələri Xalq Şairi Sabir Rüstəmxanlının "Əlli il... üstəgəl iki gün” qeydləri ilə açılır.

Jurnalın yeni nömrəsində oxucular Namiq Hacıheydərli ilə müsahibə və müəllifin "Əski türklərin qutsal sayı – doqquz” yazısı ilə tanış ola bilərlər. Dərgidə dərc olunan Mətləb Ağa, Əlirza Həsrət, Rəfail Tağızadə, Aləmzər Sadıqqızı, Vəliyulla Novruz, Arzu Göytürkün şeirləri, Rafiq Hümmətin tərcüməsində tanınmış gürcü şairi Quri Otobaianın yaradıcılığından nümunələr poeziya həvəskarlarının marağına səbəb olacaq.

"Anım” bölümündə tədqiqatçı Cavanşir Yusifli "Sehrli sözlərin şairi”ndə Adil Mirseyidin yaradıcılığı haqqında söhbət açır. "Müsabiqə” bölməsində Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsi ilə "Ulduz” jurnalının birgə keçirdiyi "Ən yaxşı uşaq şeiri” nominasiyasında qalib gəlmiş şeirlər və bu barədə Qəşəm Nəcəfzadənin qeydləri yer alıb.

Nəşrdə rejissor Stenli Kubrikin fəaliyyəti, Tural Cəfərlinin "Sonuncu dua” əsəri, Aydın Tağıyevin "Köynək”, Qalib Şəfahətin "Hamilə” hekayələri və Zərifə Əliqızının "Münasibət” novellası da oxuculara təqdim edilib.

Budəfəki nömrənin "Bölgədən soraqlar” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının "ADPU Cəlilabad filialında təhsil alan tələbələrin yaradıcılıq nümunələri haqqında” sərlövhəli yazısı və onlardan bədii nümunələr yer alıb.

Nəşrin "Tribuna” rubrikasında ədəbiyyatşünas alimlər Almaz Ülvinin "Əbdürrəhman Caminin "Baharıstan təzkirəsi və əsərin 7-ci rövzəsi” və Alxan Bayramoğlunun "Bircə günün hekayəti, yaxud M.M. Axundov jurnalistika haqqında” məqalələri dərc olunub.

# 2658 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər